Böyrəkdəki urat daşlarını parçalayan - Möcüzəvi bitki
Daşqapan otu çox güclü sidikqovucu, antiseptik və iltihabəleyhinə təsirə malikdir. Otun bu xüsusiyyətləri xalq təbabətində və ənənəvi tibdə çox geniş istifadə olunur.

Daşqapanın əsas faydalı xüsusiyyəti ondan ibarətdir ki, bu ot böyrəklərdə olan urat daşlarını parçalayır və böyrəklərdən çıxardır.

"Marneuli" radiosu daşqapan otunun bəzi faydalarını təqdim edir:

Faydaları:
  • - Böyrək daşlar
  • - Sidik kisəsində olan daşlar
  • - Ödqovucu,
  • - Sidikqovucu
  • - Qaraciyər, öd kisəsi, böyrək xəstəlikləri
  • - Qastrit
İstifadə qaydası:

Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) su tökülür, qaynama həddinə çatdırılır, otaq temperaturunda soyudulur, süzülür. Səhər və günorta hər dəfə 1/3 stəkan daxilə qəbul edilir. Bişirməyə şəkər əlavə etmək olar.

Mənbə: Saglamolun.Az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər