Bədəninizi qələviləşdirməyin 10 təbii yolunu - MÖCÜZƏ yaradır!
"Heç bir xəstəlik, o cümlədən xərçəng qələvi mühitdə mövcud ola bilməz".

Bu sözləri xərçəngin kəşfinə görə 1931-ci il Nobel mükafatı laureatı Dr. Otto Warburg deyib.

Buna görə də sizlərə bədəninizi qələviləşdirməyin 10 təbii yolunu təqdim edirk:
1. Ən əsası bir limonun təzə sıxılmış şirəsi əlavə edilərək böyük bir stəkan su ilə günə başlamaqdır. Limon turş görünsə də, orqanizmə əks təsir göstərir. Mədənizi təmizləmək üçün bu içkini ac qarına için.
Başqa bir seçim isə hər gün 1-2 stəkan su ilə qarışdırılmış təbii alma sirkəsi içməkdir. 220 ml suya 1-2 xörək qaşığı sirkə kifayətdir.
2. Limon suyu və yüksək keyfiyyətli zeytun yağı ilə bəzədilmiş yaşıl salat yeyin. Yaşıl tərəvəz və meyvələr kalsium kimi qələvi mikroelementlərin ən yaxşı mənbələrindən biridir. Bədəninizdə sağlam bir pH balansını qorumaq üçün onları gün ərzində yeyin.
3. Qəlyanaltı yemək istərdinizmi? Çiy duzsuz badam yeyin. Tərkibində turşu-əsas balansını bərpa edən və həmçinin qan şəkərini normallaşdıran maqnezium və kalsium kimi çoxlu qələvi mikroelementlər var.
4. Gəzintiyə çıxın və ya bir az məşq edin. Fəaliyyət son dərəcə vacibdir. Bədən tərbiyəsi turşulu qidaları bədəndən çıxarmağa kömək edir.
5. Dərindən nəfəs almaq. İdeal olaraq oksigenlə doymuş təmiz havası olan bir yer tapıb mümkün olduqda oranı ziyarət etməlisiniz. Eyni zamanda bədəndən toksinləri çıxarmaq üçün daha çox su içməlisiniz.
6. Hər gün ət yeməyin. Əgər ətsiz bir neçə gün dözə bilsəniz, əladır, çünki ətin gündəlik istehlakı turşu yataqlarını geridə qoyur.
7. Tərkibində yüksək şəkər və şirin soda olan desertlərdən çəkinin. Bir banka sodanın turşuluğunu neytrallaşdırmaq üçün 30 stəkandan çox su lazımdır!
8. Pəhrizinizə daha çox tərəvəz daxil edin. Diqqət edin: kartof sayılmaz! Bibər, qulançar, balqabaq və badımcan çox faydalı olacaq.
9. Badam südü için və spirulina kimi yaşıl tozdan özünüzə giləmeyvə smoothies hazırlayın.
10. Və nəhayət: daha çox Brüssel kələmi yeyin. Möcüzəvi faydası var.

Mənbə: Saglamolun.Az


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər