Baş ağrısını kəsən 5 bitki çayı
Baş ağrısının səbəbləri olduqca çoxdur - adi gərginlikdən insult və beyin xərçənginə qədər. Əksər hallarda baş ağrısının səbəbi yorğunluq və gərginlik olur. Belə vəziyyətdə xalq təbabəti vasitələri çox yaxşı kömək edir.

"Marneuli" radiosu baş ağrısını azaldan ən effektli 5 çay reseptini təqdim edir:
  • - Adi qara çay
Qara çay baş ağrısını azaldan ən tanınmış vasitələrdən biridir.
  • - Çobanyastığı çayı
Bu çay çox yaxşı sakitləşdirir, rahatlaşdırır və həmçinin iltihabı azaldır.

1 ç.q. otu 1 fincan isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün və için.
  • - Darçınlı çay
Darçın spazmı ardan qaldırır, sakitləşdirir.

1 fincan isti suya yarım qəhvə qaşığı darçın əlavə edin, qarışdırın və için. Çaya bal da əlavə edə bilərsiniz.
  • - Zəncəfilli çay
Bu çay spazmları azaldır, iltihabəleyhinə təsirə malikdir. Zəncəfilli çay tək adi baş ağrısı deyil, miqren zamanı da effektlidir.

Baş barmaq boyda zəncəfil kökünün tikəsini götürüb təmizləyin, sürtgəcdən keçirin, 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və için. Dadını yaxşılaşdırmaq üçün çaya bal və limon əlavə edə bilərsiniz.
  • - Nanəli çay
Çox dadlı və faydalı çaydır. Baş ağrısı, ürəkbulanması, mədə ağrısını aradan qaldırır.

1 ç.q. quru nanəni 1 fincan isti suda dəmləyin, süzün və için.

Mənbə: Saglamolun.Az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər