“Telegram” messencerində yenilik olub.
İndi söhbətlərin və kanalların tərcüməsi funksiyası “Premium”
abunəçilər üçün əlçatan olub.
Həmçinin, yenilənmiş “Şəbəkədən istifadə” bölməsində şirkət
tərəfindən Wi-Fi və mobil trafikdən istifadə statistikası yer
alıb.
Eyni yerdə istifadəçilər avtomatik yükləmə parametrlərini dəyişə
bilərlər.
Bundan əlavə, messencerdə qəbul edilmiş medianın avtomatik
saxlanması var.
Qeyd olunur ki, parametrlərdə siz söhbətlərin növlərini, həmçinin
avtomatik saxlamaq istədiyiniz materialların ölçüsünü və növünü
təyin edə bilərsiniz.
Qrup administratorları ayrıca doqquz növ media faylı göndərmək üçün
icazə və ya qadağa yarada biləcəklər.
Mənbə: lent.az