Ulduz falı – İşlər və görüşlər günüdür
Qoç - stereotip qərarları dəstəkləməyin. Yeni təfərrüatlar sizə
dəxli olan insan və ya hadisə ilə bağlı fikrinizi dəyişə bilər.
Buğa - planlaşdırılmış işlərin əksəriyyətini nahara qədər bitirməyə
çalışın. Anlaşmaların pozulması, razılaşmaya əməl olunmaması,
fikirlərin dağılması, emosiyaların məntiqdən üstün olması ehtimalı
var.
Əkizlər - yeni ideyaların təqdimatına, xüsusilə də uğurlarınızı
nümayiş etdirməyə tələsməyin. Şəxsi münasibətlərdə pərdələməyə və
bir qədər təxirə salmağa çalşıdığınız məlumat üzə çıxacaq, nəqafil
olaraq hər şeyi deyəcəksiniz.
Xərçəng - gərgin münasibətlərdə böhran ehtimalı var. Vəziyyət axşam
saatlarına qədər gərginləşməyə davam edəcək.
Şir - işin maraqları çərçivəsində hərəkət edin. İnsanlara və
hadisələrə məhdud eqoizm çərçivəsindən baxmayın. Yaxınlarınız və
ailə üzvlərinizin maraqlarını da nəzərə alın.
Qız - işlər və görüşlər günüdür. Alış-veriş edə bilərsiniz. Gün
"dolu" olacaq, amma bəzi vəziyyətlər sizi təbdən çıxara bilər.
Bizneslə məşğul olanlar yeni mərhələyə qədəm qoyacaqlar.
Tərəzi - yaxın ətrafınızdakı insanlar qaradinməz olacaq, yalnız öz
maraqlarını düşünəcəklər. Ailədəki münasibətlər gərilə bilər. Sərt
eyhamlar etməyin, tənqidə yol verməyin. Konkret işə diqqəti
yönəltsəniz, gün sizi sevindirəcək.
Əqrəb - bu gün oturaq iş üçün deyil. Hesabatın verilməsi, səfər,
toplantı, məsləhətləşmə, işgüzar görüş, dövlət qurumlarında
problemin həll olunması üçün əlverişli gündür.
Oxatan - diqqəti əsas məsələyə yönəldin. Lakin imkan daxilində
kiçik, fəqət gərəkli işləri görün. Məmurlarla çoxsaylı təmaslar
tələb edən işi başa vurmağa tələsin.
Oğlaq - kollektiv müzakirələr həll yolunun fərdi şəkildə
aranmasından daha əfsəldir. Axşam saatlarını evdə keçirməyin, açıq
havaya çıxın. İşlərin gedişatını yaxın insanla müzakirə edin.
Dolça - çətin və çox zəhmət tələb edən işlər, çıxış, səfəri bu günə
salmaq olar. Gün ərzində əhvalınız qəflətən dəyişə bilər. Mühit
sizi yaxın ətrafınızla birləşdirən maraq və məqsədlərdən asılı
olaraq gərgin, cazibədar və ya sevincli ola bilər.
Balıqlar -səmimi olun, amma sonradan peşmançılıq hissi
keçirməyinizə rəvac verə biləcək sözlər deməyin, hərəkətlər
etməyin.