“BEEZ” uşaq teatrında “Novruz” bayramı qeyd olunub
20 mart tarixində Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrında Novruz bayramı qeyd edilib. Bu barədə “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu məlumat verdi. Onun sözlərinə görə, tədbir Novruz qəhrəmanları Keçəl və Kosanın çıxışı ilə başlayıb. Daha sonra isə bayram şənliyi teatrın kiçik aktyor və aktrisalarının müxtəlif çıxışları ilə davam edib.

Bayram şənliyində Parlamentin deputatı Savalan Mirzəyev, Qardabani bələdiyyəsinin icra başçısının müavini Dünyamalı Hacıyev, Səhman Mirzəyev, Samir Xiyalov, Vüqar Məmmədov, Şəhadət Mehralıyev və Kamran Babayev iştirak ediblər.

Tədbirdə Savalan Mirzəyev “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğluna təşəkkürnamə təqdim edib. Qardabani bələdiyyəsi adından isə teatra xüsusi hədiyyə verilib.

Tədbirin sonunda xatirə şəkli çəkdiriblər.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google