4 oktyabr tarixində Qardabani bələdiyyəsində keçirilən “Qardabnoba
2022” xalq bayramında idmançı Emil Xəlilov “Qardabaninin fəxri
vətəndaşı” adına layiq görülüb.
Emil Xəlilov “Qardabaninin fəxri vətəndaşı” adına layiq
görülməsinin çox qürur verici bir hiss olduğunu deyir.
“Gürcüstan azərbaycanlısı olaraq həm Gürcüstanın həm
də, Azərbaycanlıların adını ucaltmaq mənim üçün çox qürurverici bir
hissdir. Məni bu mükafata laiq gördükləri üçün Qardabani
bələdiyyəsinə öz dərin təşəkkürümü bildirirəm”, –
Emil Xəlilov dedi.
Onu da əlavə edək ki, “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli
İslamoğlu da “Qardabaninin fəxri vətəndaşı” adına layiq
görülüb.