Şaban Məmmədov yeni mahnısını təqdim edib – VİDEO
Marneulili müğənni Şaban Məmmədov yeni mahnısını dinləyicilərinə təqdim edib. Onun ifa etdiyi mahnı Türkiyəli müğənni və yazıçı İlyas Yalçıntaşa aitdir.

Şaban Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, mahnı yeni formada və yeni aranjimanda yazılıb.

“İlk öncə hər zaman mənə göstərdikləri diqqətə və dəstəyə görə, “Marneuli” radiosuna dərin təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, mənim “Gel Be Gökyüzüm” adlı mahnım artıq dinləyicilərimizə təqdim olundu. Bu mahnı üzərində 2022-ci ilin sonlarına doğru işləməyə başladım və bu günlərdə mahnını studiyada səsləndirdik. Mahnı İlyas Yalçıntaşa aiddir, sözləri və musiqisi də elə İlyas Yalçıntaşındır. Mənim ifa etdiyim versiyanın aranjimançısı isə sevimli səs rejissorum Zaza Qoçitaşvili hazırlayıbdır və mahnı da məhz onun studiyasında yazılıb”, – Məmmədov dedi.

Müğənninin sözlərinə görə, o, yeni mahnı üzərində işləyir və tez bir zamanda dinləyicilərinə təqdim edəcək.

“İndiki mərhələdə hər-hansı mahnıma klipin çəkilməsi ilə bağlı fikrim yoxdur. Hələ ki yeni mahnı üzərində işləyirəm. Əgər hər-hansı mahnıma klip çəkdirmək barədə düşünsəm, ilk olaraq “Marneuli” radiosuna bildirəcəyəm”, – Şaban Məmmədov bildirdi.

Qeyd edək ki, Şaban Məmmədov dəfələrlə ölkə daxilində və ölkədən kənarda Qran-Pri mükafatlarına layiq görülüb.

Həmin ifanı təqdim edirik.


Print Email
FaceBook Twitter Google