Bəstəkar Vaja Azaraşvili vəfat edib
Gürcü musiqiçisi, bəstəkar və pedaqoq Vaja Azaraşvili 87 yaşında vəfat edib.

Ailənin yaxınları məlumatı təsdiqləyir.

Vaja Azaraşvili müxtəlif illərdə Gürcüstanın Dövlət Mükafatı, Zakariya Paliaşvili mükafatı alıb, Tbilisinin fəxri vətəndaşı olub, “Şərəf” ordeni alıb.

Vaja Azaraşvili 1961-ci ildə Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasını bitirmiş, pedaqoji fəaliyyətlə məşğul olmuş, Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının müəllimi, professoru olmuşdur. 1994-cü ildə Gürcüstan Dövlət Filarmoniyasının bədii rəhbəri olub.

Bəstəkar simfonik və estrada əsərləri, pyeslər və televiziya filmləri üçün musiqi yazıb.

Tiflis haqqında məşhur mahnılar - "Tbilisi lirik", "Tiflis haqqında mahnı", "Metexi haqqında mahnı" yazıb. Onun “Musiqi”, “Günlər keçir”, “Balaca qız”, “Günəş mənim dostumdur”, “Yenə yağış yağır”, “Mahnı bütün mülkümdür”, “Dinamo, Dinamo” və başqa mahnıları populyardır.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər