Taxt-tac oyunlarının sonuncu – 6-cı seriyasının
premyerası 19 may tarixində baş tutacaq.
Dəmir taxta kimin çıxacağı və 7 krallığı kimin idarə edəcəyi şounun
bütün azarkeşləri üçün maraqlıdır.
Deneris, Sersi, Con Snou, Sansa və Arya Starklar – bunlar gələcək
başçı ola biləcək personajlardan bəziləridir.
Gecə kralının şimala keçə bilməməsi yaxşı haldır, artıq paytaxt və
bəşəriyyət təhlükədə deyil (bəlkə paytaxtı yandırdılar, amma bundan
bəhs etmirik...). Əsas odur ki, Vesteros sakinləri və şou
azarkeşləri 19 may tarixində əsas zərbəni endirə bilsinlər və
mümkün qədər az göz yaşı və qan axıtsınlar.
Taxt-tac oyunlarında “gecə qaranlıqdır və
qorxularla doludur”, lakin onlar bilmirlər ki, Marneulidə seçkilər
nə qədər qaranlıq və qorxularla doludur. Təsadüfə bax ki, 19 may
tarixində “Böyük qırğın” Marneulidə də keçiriləcək. Seçkilər
qapının önünü kəsdirib və Marneuli merinin dəri örtüklü kreslosunu
tutmaq üçün 15 namizəd mübarizə aparır.
Zaur Darğallı, Əhməd İmamquliyev, Əli BƏdirov, Aqil Mustafayev və
Marneulililərə o qədər də məlum olmayan 11 namizəd. Marneuli meri
taxtına kim sahib olacaq, bu seçkilərdən sonra məlum olacaq, lakin
hadisələrin rahat və gərginlikdən uzaq keçəcəyini demək
çətindir.
Mənim təxminim əsassız deyil. 2016-cı ildən
Marneulidə seçkilər qarşıdurma, döyülmüş sakinlər, yarılmış başlar,
gülləbaran olmuş qərargah və ya daş yağmuru fonunda keçir. Bəli,
bəli, Marneulidə belədir və bizim sakinlər də hər seçkidə Gecə
kralı ilə mübarizə aparır, Aria isə bizi gah xilas edə bilir, gah
da yox.
Fiziki
qarşıdurma əsasən seçki günü baş verir. Lakin siyasi intriqalar
bizim üçün adi haldır. Marneulililər əvvəlcə elə düşünürdü ki,
“Milliyətçi”lər və “Avropalı”lar yenə Şimal və Denerisin əvvəlcə
Gecə kralına, daha sonra Sersiyə qalib gəlmək üçün birləşdikləri
kimi birləşəcəklər, lakin onlar birləşmək istəmədilər. Serialın
beşinci epizodunda nə baş verəcəyini – Deneris və Snou birgə
mübarizə aparacaqlar, yoxsa İmamquliyev və Mustafayev kimi
rəqibləri və bir-biri ilə ayrılıqda mübarizə aparacaqlar – hələ
bilmirik. (Bu halda Darğallı Sersi, yoxsa Gecə kralı olacaq – bu
ayın 19-da aydın olacaq).