Tbilisidə partlayış baş verib xəsarət alanlar var (Foto)
Tbilisidə, Quramişvili prospektində partlayış baş verib.

Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatına görə, partlayış nəticəsində dörd nəfər yaralanıb.

Ehtimala görə, partlayışa qaz sızması səbəb olub

Hadisə yerinə xilas edicilər və polis səfərbər olunub.

Partlayış nəticəsində xəsarət alanlara tibbi yardım göstərilib. Bu barədə məlumat Birinci Kanala Səhiyyə Nazirliyindən veriblər.

“Birinci Universitet klinikasına üç xəstə gətirilib – iki qadın və bir kişi. Kişini Xeçinaşvili klinikasına köçürüblər, bir qadını isə, “Hera” klinikasına. Səkkizinci xəstəxanaya aparılan iki xəstə isə, artıq evinə göndərilib”, – Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Həkimlərin məlumatına görə, 39 yaşlı kişinin vəziyyəti çox ağırdır. Onun bədəninin 60% yanıb. Qonşuların dediyinə görə, partlayış onun yaşadığı evdə baş verib.

İlkin məlumata görə, partlayış kustar şəkildə quraşdırılan isidicidən təbii qazın sızmasına görə baş verib.

Partlayış binanın dördüncü mərtəbəsi meydaana gəlib.

Hadisə yerinə gələn xilas edicilər bina sakinlərini evakuasiya ediblər.







Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google