Yepiskop Qiorqi Camdeliani evlənməsi haqqında yayılmış məlumatları təkzib edib
“Mtavari Arxi” telekanalı Marneuli və Hucabinin yepiskopu Qiorqi Camdelianin nikah bağlaması barədə məlumat yayıb. Televiziyanın hazırladığı süjetə əsasən, Mestiyadan olan mənbə onlara bildirib ki, Marexi Caparidze bir neçə ay əvvəl Sinodun üzvü olan Qiorqi Camdelianinin həyat yoldaşı olub. Keşiş İlia Çiğladze yepiskopun evləndiyini təsdiq edib. Camdelianinin fikrincə keşiş intiqam motivi ilə onun haqqında yanlış məlumat yayır. Qiorqi Camdelianinin sözlərinə görə, İlia Çiğladze onun yanında xidmət göstərirmiş və “üsyankar xarakterinrə” görə qovulub.

“Daha ətraflı deyim, onlar bir neçə ay əvvəl imza atıblar, rəsmi vətəndaş nikahına giriblər, payızda Camdeliani Patriarxlığa çağırılıb, məsələ gündəmə gəlib, ondan imzasını geri götürməyi istəyiblər və bildiyim qədər o da götürüb, ancaq bildiyimə görə, bu imza qondarmadır, əslində o, həyat yoldaşı ilə birlikdə yaşamağa davam edir” – Çiğladze bildirib.

Yepiskop yayılmış məlumatı təkzib edib və bildirib ki, bunlar hamısı “cəfəngiyyatdır”.

“Bu cəfəngiyyata münasibət bildirməyəcəyəm, hansı Maqda Caparidzedən danışdığınızı da başa düşmürəm. Çiğladzenin sayıqlamasına mən rəy bildirməliyəm? O, şəxsi intiqam məqsədlərindən başqa heç nə ilə hərəkət etmir”- yepiskop bildirib.

Kilsə qaydalarına görə, yepiskopun ailə qurmaq hüququ yoxdur.

Qeyd edək ki, yepiskop Qiorqi Camdelianiyə dəstək məqsədi ilə sosial şəbəkədə bu gün möminlər tərəfindən bir çox paylaşımlar edilib.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər