Bu gün ölkəyə gətirilən buğdanın emalından əldə edilən un xaricdən
gətirilən una nisbətən bahadır ki, bu da dəyirmanlara böyük yük
yaradır. Bu barədə Report.ge-ə Gürcüstan Buğda və Un İstehsalçıları
Assosiasiyasının rəhbəri Levan Silaqava məlumat verib.
"Mövsümün əvvəlində unun bir kisəsinin qiyməti 60 lari idisə, bu
gün 70 lariyə qalxıb. Eyni zamanda bir ton buğdanın qiyməti 240 ABŞ
dolları idisə, bu gün 350 dollara satılır.
Bu, Rusiyanın buğdaya üzən tarif tətbiq etməsi ilə bağlıdır.
Hazırda buğdanın ixrac vergisi mövsümün əvvəlində 25 dollardan bir
ton üçün 91 dollara qaldırılıb. Nəticədə unun bahalaşması yerli
dəyirmanlara təzyiq göstərib. Bir ton buğdanın idxalına görə vergi
91 dollar, unun idxal vergisi isə sıfır olduğundan buğda və un
idxalı bazarında balanssızlıq yaranıb.
Müvafiq olaraq, bu gün xaricdən gətirilən un 67-68 lari olduğu
halda, yerli dəyirmanların istehsal etdiyi unun orta qiyməti 72
laridir. Ona görə də dəyirmanların istehsal etdiyi un nisbətən baha
olduğu üçün xaricdən gətirilən unla rəqabət apara bilmir. Nəticədə
dəyirmanların bir hissəsi artıq fəaliyyətini dayandırıb",
- deyə Levan Silagava bildirib.
Eyni zamanda, o, izah edib ki, fevralın 15-dən Rusiya kvota
mexanizmini tətbiq edəcək, bu da ölkədən ixrac ediləcək buğdanın
icazə verilən həcminin təxminən 9 milyon ton olacağını bildirir ki,
bu da dünya bazarına növbəti ağır zərbə olacaq.