22 noyabr tarixində Saqareco bələdiyyəsinin 2024-cü ilin büdcə
layihəsinin ictimai müzakirəsi keçirilib.
Bələdiyyəyə təqdim edilmiş büdcə təklifləri/təşəbbüsləri və
ərizələr ictimaiyyətə açıq şəkildə təqdim edilib. “Qaraçöp İcma
Mərkəzi”nin təmsilçilərinin Qaraçöp icmasının kəndlərində olan
problemlərin aradan qaldırılması tələbi ilə təqdim etdikləri büdcə
təşəbbüsləri 2024-cü ilin Saqareco büdcəsinə daxil ediləcək.
“Qaraçöp İcma Mərkəzi”nin həmtəsisçisi Ayhan Həsənli “Marneuli”
radiosuna bildirdi ki,
mərkəzin nümayəndələri Saqareco
bələdiyyəsinə büdcə təklifləri/təşəbbüslərini ərizə formasında
təqdim ediblər.
“Bizim əsas tələbimiz bunlar idi:
- Qazlar kəndinin yol probleminin
həlli/asfaltlanması;
- Baldoy kəndin yol probleminin
həlli/asfaltlanması;
- Qaraçöp-Badiaurini birləşdirən yeganə körpünün
bərpası;
- Azlıqların dilində tərcümə xidmətinin
yaradılması”.
Həsənlinin dediyinə görə, Qaraçöp İcma Mərkəzi və Sosial Ədalət
Mərkəzi əməkdaşlıq çərçivəsində Saqareco bələdiyyəsinə büdcə
təşəbbüsü və tövsiyə də təqdim ediblər.
- “Qazlar kəndinin yol probleminin
həlli/asfaltlanması;
- Necə ki icma daxilində, elə də kənd və rayon
arasında içtimai nəqliyyat probleminin həlli;
- Azlıqların dilində tərcümə xidmətinin
yaradılması;
- Tüllər kəndində uşaq bağçasının
tikilməsi;
- Qaraçöp-Badiaurini birləşdirən yeganə körpünün
bərpası”.
Bələdiyyəyə təqdim edilən tələblərdən qəbul edilən və qismən təmin
edilən lahiyələrdən də danışan Ayhan Həsənli bildirdi ki, bəzi
məsələlərlə bağlı hələ ki cavab almayıblar.
“Daxil olunan tələblərdən tam olaraq qəbul
edildi:
- Qazlar kəndinin yol probleminin
həlli/asfaltlanması;
- Qaraçöp-Badiaurini birləşdirən yeganə körpünün
bərpası;
- Ləmbəli kəndində uşaq bağçasının
tikilməsi;
- Necə ki icma daxilində, elə də kənd və rayon
arasında içtimai nəqliyyat probleminin həlli;
- Qismən qəbul olundu:
- Baldoy kəndin yol probleminin
həlli/asfaltlanması;
Onlar indiki mərhələdə tərcümə xidmətinin yaradılması
ilə bağlı tələbə son cavabı verməyiblər. Lakin müzakirə prosesində
Qaraçöp icma mərkəzinin təmsilçiləri məclis üzvlərinin əks
fikirləri və sözlü müqaviməti ilə üzləşdi”.
“Qaraçöp İcma Mərkəzi”nin nümayəndəsi hesab edir ki, yerli
özünüidarəetmənin fəaliyyətinin bütün mərhələlərində əhalinin
yüksək iştirakının təmin edilməsi həyati əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 30 oktyabr tarixində Saqareco bələdiyyəsinin Qaraçöp
icmasının Qazlar kəndində kənd yığıncağı keçirilib. Görüş “Qaraçöp
İcma Mərkəzi” tərəfindən təşkil edilib. Yığıncağın əsas məqsədi
kənddə mövcud olan problemlərin və ehtiyacların əhali ilə müzakirə
edilməsi, daha sonra isə əhalini narahat edən məsələlərin yerli
özünüidarəetmə orqanlarının gündəliyinə salınması idi. Görüşdə
iştirak edən kənd sakinləri prioritet olaraq içməli su və yol
problemini dilə gətiriblər.