Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Marneuli bazar
ərazisimdə 90 kv.m sahənin niyə məhz Tornike Robalidzeyə icarəyə
verilməsi ilə bağlı məlumatı ictimailəşdirmir.
Marneuli meriyası Marneuli bazar ərazisində 90 kv.m sahəni kiçik
konstruksiyalar yaratmaq üçün 12 sentyabr tarixində Tornike
Robalidzeyə verib. 12 sentyabr tarixində, Marneuli Bələdiyyə
Məclisinin iclasında Amiran Qiorqadze bildirib ki, bazar ərazisinin
istifadəyə verilməsinin məqsədi küçə ticarətinin
azaldılması
idi.
“Bildiyiniz kimi, bazar ərazisindən hamımız keçməli
oluruq və orada vəziyyətin necə olduğunu görürük. Ona görə,
düşünürük ki, hərəkət edilən hissənin yanında, mümkün olan yerdə
bələdiyyə həmin sahəni icarəyə versin. Əlbəttə icarə haqqı ödənəndə
buradan gəlirimiz olacaq. Vəziyyətin belə olmasına görə,
məcburuq”, – Amiran Qiorqadze Bələdiyyə Məclisinin 12
sentyabr tarixində baş tutan iclasında bildirib.
“Marneuli” radiosu yerli özünüidarənin icarəyə götürən şəxs olaraq
Tornike Robakidzeni necə seçdiyi ilə maraqlandı. Marneuli meriyası
bizim suallarımıza cavab vermək üçün yazılı müraciət etməyimizi
tələb edir. 20 sentyabr tarixində meriyaya məktub yazdıq. Məktubda
icarəyə götürən şəxsin seçilməsi haqqında məlumat istəyirdik. Amma
meriya hələ də bizə cavab verməyib.
“Marneuli bələdiyyəsinin yerli özünüidarəsi bazar
ərazisində 90 kv.m sahəni vətəndaş Tornike Robakidzeyə 15 il
müddətinə birbaşa istifadə qaydası ilə verib. Xahiş edirik,
Marneuli bazar ərazisinin icarəyə verilməsi üçün Tornike
Robakidzenin birbaşa qaydada necə seçilməsi haqqında məlumt
verəsiniz. Xahiş edirik, Tornike Robakidzenin həmin ərazini icarəyə
götürməsi ilə özünün müraciət edib etməməsini açıqlayın. Meriya
seçim üçün müsabiqə elan etmişdimi? Əgər elan etmişdirsə hansı
meyarlarla etmişdi?”, – “Marneuli” radiosu qeyd
olunan tələblə, 20 sentyabr tarixində meriyaya müraciət edib.
Gürcüstan Ümumi İnzibati Məcəlləsinə görə, yerli özünüidarə təcili
surətdə və ya əgər məlumat başqa hökumət qurumlarından, yaxud
meriyanın nəzdnində fəaliyyət göstərən qeyri-kommersiya, MMC
təşkilatlarda axtarılmalı olduğu halda 10 gün ərzində məlumat
verməyə məcburdur. Marneuli meriyası “Marneuli” radiosuna hələ də
məlumat verməyib.
Meriya Gürcüstanın Ümumi İnzibati Məcəlləsini pozub və 68 gün
keçməsinə baxmayaraq, Marneuli bazar ərazisinin 15 illik icarəyə
verilməsi üçün Tornike Robakidzenin necə seçilməsi ilə bağlı
məlumat göndərmir.