Mağalaşvili körpüsü 20 günlük bağlanacaq
Sabah, 30 noyabr tarixində, səhər saat 08:00-dan Mağalaşvili körpüsündə nəqliyyatın hərəkəti qadağan ediləcək. Bu barədə məlumatı Marneuli meriyası yayıb. Meriyanın məlumatına görə, aparılan yenidənqurma işləri ilə əlaqədar körpü 20 gün bağlı olacaq.

Bu müddət
ərzində nəqliyyat vasitələri qeyd olunan alternativ istiqamətlərdə hərəkət edə biləcəklər:
  • Noe Jordania küçəsi,
  • Revaz Lağidze küçəsi
  • Merab Kostava küçəsi
Durmişxan Mağalaşvili adına körpüdə nəqliyyatın hərəkəti 20 dekabr 2023-cü il tarixində bərpa olunacaq.

Print Email
FaceBook Twitter Google