Marneuli və Saqareco meri qarşılıqlı əməkdaşlıq memorandum imzalayıblar
Marneuli meri Kənan Ömərov və Saqareco meri Avtandil Qulikaşvili qarşılıqlı əməkdaşlıq memorandum imzalayıblar. Bu barədə yerli özünüidarə məlumat yayıb və yazıb ki, memorandum Marneuli bələdiyyəsi, Saqareco bələdiyyəsi, “Beynəlxalq Qafqaz Proqramları Bürosu” və Gürcüstan Texniki Universiteti arasında bağlanıb.

“Qeyd edək ki, Marneuli və Saqareco bələdiyyələri Avropa festaivalı şəhərləri platformasının üzvləridirlər. Məhz bu layihə çərçivəsində “Mədəniyyət, Şərab və Texnologiya Şəhərləri Platforması” yaradılıb. Platforma hər iki bələdiyyənin tanıdılması, mədəni kimliyin saxlanılması və iqtisadi firavanlığın yaxşılaşdırılmasına dəstək olacaq”.

Rəsmi görüşdə Bələdiyyə Məclisi sədri Amiran Qiorqadze, Marneuli merinin müavinləri, Marneuli və Saqareco bələdiyyəsinin ərazi struktur vahidliklərinin rəhbər şəxsləri iştirak ediblər.

Print Email
FaceBook Twitter Google