Amiran Qiorqadze Bələdiyyə Məclisinin 2023-cü il hesabatını təqdim edib
Bu gün, 27 dekabr tarixində Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze Bələdiyyə Məclisinin 2023-cü il fəaliyyətinin hesabatını təqdim edib. Bələdiyyə Məclisi sədri çıxışına Gürcüstana Avropa İttifaqına namizədlik statusunun verilməsi məsələsi ilə bağlı danışmaqla başlayıb və əhalini namizədlik statusunun verilməsinə görə təbrik edib.

“Marneuli Bələdiyyə Məclisi bələdiyyəmizin, eləcə də bizim ölkənin inkişafında öz töhfəsini verib. Bələdiyyə Məclisində bu gün həmişə fəaliyyətdə olan 5 komissiya var və 2 fraksiya yaradılıb. Bələdiyyə Məclisinin 33 üzvündə 27 üzvü “Gürcü Arzusu Demokratik Gürcüstan” siyasi birliyinin, 5 Vahid Milli Hərəkatın üzvüdür və 1 müstəqil deputatdır. Marneuli Bələdiyyə Məclisinin tərkibində ilk dəfə 7 qadın var, bu müsbət haldır. Cari ildə Bələdiyyə Məclisində çoxluq qeydiyyatdan keçib, onların rəhbəri olaraq Cənab Besik Qelenidze seçilib. Marneuli Bələdiyyə Məclisi komissiyalarının bu il ilk dəfə kəndlərdə iclaslar keçirməsi mühüm məsələdir. 17 icmada əhali ilə görüşdülər, görülən işlərlə bağlı hesabat verdilər, gələcəkdə həyata keçiriləcək layihələrlə əhalini tanış etdilər, onların problemlərini dinlədilər, prioritetləri böldülər, onların əksəriyyəti büdcədə nəzərə alınıb”, – Amiran Qiorqadze bildirdi.

Marneuli Bələdiyyə Məclisi sədrinin sözlərinə görə, 2023-cü ildə Bələdiyyə Məclisinin həmişə fəaliyyətdə olan komissiyaları 18 komissiya iclası keçiriblər. Onlardan 5 geniş iclasdır. Bələdiyyə Məclisi Bürosu və Bələdiyyə Məclisinin 16 iclası baş tutub, buradan 12 növbəti, 4 nöbvədənkənar iclas idi. 2023-cü ildə Marneuli Bələdiyyə Məclisi 35 qətnamə və 100-ə yaxın fərman qəbul edib. Bələdiyyə Məclisi sədri isə bir il ərzində 305 sərəncam verib.

“Noyabr-dekabr aylarında 2024-cü ilin büdcəsi müzakirə olundu. Üç ictimai dinləmə, o cümlədən biri Maradis kəndində keçirilmiş və növbəti ilin yaxşı öyrənilmiş, əhalinin tələbatına uyğunlaşdırılmış büdcəsi Bələdiyyə Məclisi iclasında təsdiq edilib. 4 struktur vaidliyini özündə birləşdirən Bələdiyyə Məclisi Aparatı Bələdiyyə Məclisi fəaliyyətinə fəal olaraq qoşulub. Cari ilin 14 dekabr tarixində Bələdiyyə Məclisi Aparatının yekun iclası keçirildi. Gender Bərabərliyi Şurası fəaliyyət göstərir, Şura fəaliyyət planı hazırlayıb, iclaslar keçirir və fokus qruplar vasitəsilə əhalinin fikrini öyrənir, problemlərin müəyyən edilməsini həyata keçirir. Cari ildə büdcədə 2 layihə təqdim olunub, şura tərəfindən hazırlanmış təşəbbüslər 2024-cü ilin büdcəsində öz əksini tapıb”, – Amiran Qiorqadze bildirib.

Amiran Qiorqadze 2023-cü il ərzində Bələdiyyə Məclisi və Aparat üzvlərinin səfərlərindən də söhbət açıb.

“Yerli özünüidarə yerli və eləcə də beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bunun əsasında donorlar tərəfindən Avropa ölkələrinə dəfələrlə rəsmi səfər həyata keçirilib”, – Amiran Qiorqadze bildirib.

Marneuli Bələdiyyə Məclisinin sədri Marneulidə həyata keçirilən və başa çatdırılmış infrastruktur layihələrindən də danışıb və bildirib ki, Bələdiyyə Məclisi üzvləri ilə birlikdə bələdiyyədə həyata keçirilən infrastruktur layihələrini fəal şəkildə müşahidə edir. Bələdiyyə sədrinin hesabatına bələdiyyədə həyata keçirilən mədəni-maarifləndirici layihələr də yer alıb. Qiorqadze həmçinin, idmançıların həvəsləndirilməsindən və bələdiyyə sosial proqramının üstünlüklərindən danışıb.

{{AUDIO}}

Print Email
FaceBook Twitter Google