Meriya idman meydançalarının və parkların tikintisi üçün smeta sənədlərini 54 900 lariyə alacaq
Marneuli bəllədiyyəsinin yerli özünüidarəsi 2024-cü ildə həyata keçirilmiş 16 infrastruktur layihəsinin smeta sənədlərinin tərtib edilməsi üçün tender elan edib.

Meriya tərəfindən 26 dekabr tarixində elan edilmiş tenderə görə, özünüidarə Marneuli şəhərində müxtəlif tikili və parkların tikinti/bərpası üçün lazımı smeta sənədlərinin tərtib edilməsi xidmətini alacaq.

Meriyanın smeta sənədlərini alacağı layihələrin siyahısını və ehtimal edilən vəsaiti sizə təqdim edirik:
  • Marneuli şəhərinin Yağlıca küçəsində eko-miqrantlar məntəqəsində idman meydançasının və parkın tikintisi – ehtimal olunan vəsait 200 000 lari
  • Marneuli şəhərinin Yağlıca məntəqəsindəki uşaq bağçasının həyətinin abadlaşdırılması – ehtimal edilən vəsait 120 000 lari
  • Marneuli şəhərinin Rustaveli küçəsində N51-də yerləşən parkın bərpası – ehtimal edilən vəsait 200 000 lari
  • Marneuli şəhərinin Rustaveli küçəsində trenajorların qurulması və mövcud uşaq meydançasının bərpası – ehtimal olunan vəsait 200 000 lari
  • Marneulinin Rustaveli küçəsi N84-də istirahət məkanın tikintisi – ehtimal edilən vəsait 300 000 lari
  • Ağmaşenebeli küçəsində yerləşən çoxmənzilli yaşayış evinin həyətində park salınması – ehtimal edilən vəsait 60 000 lari
  • Qırmızıkənddə idman meydançasının tikintisi – ehtimal edilən vəsait 150 000 lari
  • Daştəpədə idman meydançasının tikintisi – ehtimal edilən vəsait – 150 000 lari
  • Marneuli şəhərinin 20 yanvar küçəsində idman meydançasının tikintisi – ehtimal edilən vəsait 150 000 lari
  • Maradisi kəndində idman meydançasının tikintisi – ehtimal edilən vəsait 150 000 lari
  • Qullar kəndində idman meydançasının tikintisi – ehtimal edilən vəsait 150 000 lari
  • Tamarisi, Saimerlo, Tsereteli və Dəmyə-Görarxıdakı idman meydançalarının bərpası – ehtimal olunan vəsait 240 000 lari
  • Marneuli şəhərində küçə basketbol meydançasının və trenajorların qurulması (Yenə də Böyüyəcəklər heykəlinin ərazisi) – ehtimal olunan vəsait 60 000 lari
Marneuli meriyası müxtəlif bina-tikililərin və parkların tikinti/bərpası üçün lazımı smeta sənədlərinin tərtib edilməsi xidmətinin alınması üçün 54 900 lari dəyərində tender elan edib.

Print Email
FaceBook Twitter Google