Türkiyədə dəhşətli qəza: Ölən və yaralıların sayı artdı-VIDEO
Türkiyədə Şimali Mərmərə magistralında yeddi avtomobilin toqquşması
nəticəsində baş verən qəzada ölən və yaralananların sayı artıb.
Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
Məlumata görə, qəzada 11 nəfər ölüb, 57 nəfər yaralanıb.
Türkiyədə Şimali Mərmərə magistralının Sakarya ərazisində dəhşətli
yol-nəqliyyat hadisəsi baş verib.
Qəzada yeddi avtomobil toqquşub.
Nəticədə 10 nəfər ölüb, 54 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı
xəstəxanalara çatdırılıblar.
Qəza səbəbindən magistralın İstanbul istiqamətində nəqliyyatın
hərəkəti dayanıb.
Məmbə: Oxu.az