Stomotoloqlar üçün nəzərdə tutulan yeni qayda qüvvəyə mindi
Stomatoloji klinikalar üçün yeni standartlar tətbiq olunub. Onlara uyğun olaraq stomatoloji fəaliyyətə başlamaq və fəaliyyət göstərmək qaydaları sərtləşdirilir.

Stomatoloji müəssisə altı ayda bir dəfə işçilərin hepatit B-yə qarşı profilaktik immunizasiyasını və hepatit C-yə qarşı skrininqini təmin etməyə borcludur.

Bundan əlavə, dezinfeksiya və tibbi tullantıların idarə olunması üçün zəruri meyarlar hazırlanıb.

“Dəyişikliyə əsasən, stomatoloji müəssisələr üçün infeksiyaların qarşısının alınması, mübarizə, sterilizasiya-dezinfeksiya və tibbi tullantıların idarə edilməsi üzrə zəruri meyarlar yenilənib, dəqiqləşdirilib və daha ətraflı yazılıb. Prosesi daha yaxşı idarə etmək üçün müəssisədə infeksiyaya nəzarət üçün məsul şəxsin təyin edilməsi məcburi oldu. Stomatoloji müəssisə altı ayda bir dəfə işçilərin hepatit B-yə qarşı profilaktik immunizasiyasını və hepatit C-yə qarşı skrininqini təmin etməyə borcludur.

Dəyişikliklərlə müəyyən edilən tələblər 2024-cü ilin yanvarından mövcud stomatoloji kabinetlər və klinikalar üçün məcburi olacaq. Yeni müəssisələr yalnız bu standartlara əməl edərsə, fəaliyyətə başlaya bilər”,
- Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Print Email
FaceBook Twitter Google