Meriya inzibati vahidlik binalarında internet xidməti üçün 20 520 lari xərcləyəcək
Marneuli yerli özünüidarəsi 17 inzibati vahidliyin, Qasımlı kəndində və 26 may küçəsində yerləşən turistlər üçün məlumat mərkəzinin internet xidməti ilə təmin edilməsinə görə “İlink” MMC ilə sadələşdirilmiş qaydada müqavilə bağlayıb.

“Xatırladaq ki, 2024-cü ildən inzibati vahidliklərə və 26 may küçəsində yerləşən turistlər üçün məlumat mərkəzinə 8 Mb/s tezliyində internet Wi-Fi verilməlidir”, – sadələşdirilmiş müqavilənin izahatında yazılıb.

Marneuli meriyası 2024-cü il ərzində “İlink” MMC-dən 19 məkanda internet xidmətininin alınmasına 20 520 lari ödəyəcək.

Meriyanın internet xidməti alacağı ərazi vahidliklərinin siyahısını sizə təqdim edirik.
  1. Tsereteli kənd inzibati ərazi vahidliyinin binası
  2. Şulaveri kənd inzibati ərazi vahidliyinin binası
  3. Şaumyan kənd inzibati ərazi vahidliyinin binası
  4. Qasımlı kənd inzibati ərazi vahidliyinin binası
  5. Tserakvi kənd inzibati ərazi vahidliyinin binası
  6. Kürtlər kənd inzibati ərazi vahidliyinin binası
  7. Ağkörpü kənd inzibati ərazi vahidliyinin binası
  8. Qızılhacılı kənd inzibati ərazi vahidliyinin binası
  9. Dəmyə-Görarxı kənd inzibati ərazi vahidliyinin binası
  10. Qullar kənd inzibati ərazi vahidliyinin binası
  11. Opreti kənd inzibati ərazi vahidliyinin binası
  12. Algeti kənd inzibati ərazi vahidliyinin binası
  13. Tamarisi kənd inzibati ərazi vahidliyinin binası
  14. Qaçağan kənd inzibati ərazi vahidliyinin binası
  15. Xocorni kənd inzibati ərazi vahidliyinin binası
  16. Kəpənəkçi kənd inzibati ərazi vahidliyinin binası
  17. Marneuli şəhərində merin nümayəndəsinin ofisi
  18. 26 may küçəsində yerləşən turistlər üçün köşk
  19. Qasımlı kəndində internet xidməti

 

Print Email
FaceBook Twitter Google