Marneuli meriyası 2024-cü ildə 51 000 litr yanacaqdan istifadə etməyi planlaşdırır
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 2024-cü il ərzində 51 000 litr yanacaq almağı planlaşdırır. Marneuli meriyası artıq “San Petrolium Georgia” (GALF) ilə müqavilə bağlayıb. Müqaviləyə görə, tender çərçivəsində yanacaqdoldurma məntəqələrindən “Avrodizel” markalı yanacağın verilməsi yalnız “Aqai” sistemi vasitəsilə həyata keçirilməlidir.

“Aqai” sistemi yanacaqdoldurma məntəqəsi tapançası ilə avtorizasiyadan keçmiş avtomobillərin yanacaq çəninin bir-biri ilə əlaqələndirilməsini təmin edir. Nəticədə sifarişi yerinə yetirən stansiyada “Avrodizel” markalı yanacağın yalnız avtorizasiyalı avtomobilin çəninə tökülməsi mümkün olacaq.

Marneuli meriyası və “San Petroilum Georgia” MMC arasında bağlanmış müqaviləyə görə, bələdiyyənin alacağı yanacaq Rusiya istehsalıdır.

Marneuli yerli özünüidarəsi 2024-cü il ərzində 51 000 litr yanacaq almaq üçün 144 840 lari xərcləyəcək.

Print Email
FaceBook Twitter Google