Marneuli bələdiyyəsinin Hərbi Xidmətə Çağırış və Səfərbərlik
Xidməti meriyadan ayrılıb.
Bu barədə Marneuli Bələdiyyə Məclisinin 2023-cü il 25 dekabr
tarixinə olan iclasında məlumat verilib. Məsələni meriyanın
İnzibati Xidmət rəhbəri Mamuka Şubitidze müzakirəyə çıxarıb. O,
bildirib ki, qeyd olunan xidmət Gürcüstan Müdafiə Nazirliyinin
tabeçiliyinə keçir. Buna görə də Hərbi Xidmətə Çağırış və
Səfərbərlik Xidməti üçün nəzərdə tutulmuş yanacaq, danışıq
limitlərinin özünüidarə büdcəsindən çıxarılmasına qərar
verilib.
"Bildiyiniz kimi, Hərbi Xidmətə Çağırış və Səfərbərlik
Xidməti Müdafiə Nazirliyinin tabeçiliyinə keçir. Qeyd olunan xidmət
üçün nəzərdə tutulan danışıq və yanacaq limitləri çıxarılıb və
azaldılıb", – Mamuka Şubitidze çıxışında
bildirib.
Deputatların əksəriyyəti dəyişikliyi dəstəkləyib. Vahid Milli
Hərəkatın üzvü Nərgiz Əliyeva əleyhinə səs verib. Məsələ səs
çoxluğu ilə qəbul edilib.
Marneuli bələdiyyəsinin Hərbi Xidmətə Çağırış və Səfərbərlik
Xidmətinə Qiorqi Meurmişvili rəhbərlik edir.