Xəbərlər
Eka Beselia "Gürcü Arzusu"nu tərk etdi

Parlament əksəriyyətinin üzvü Eka Beselia hakim komandanı tərk edib. O, bununla bağlı bəyanatı bir neçə dəqiqə əvvəl jurnalistlərlə söhbətində verib.


“Bidzina İvanişvili ilə birlikdə təsis etdiyim siyasi komandadan getdiyimi söyləmək çox çətindir. Gürcüstan əhalisinin tam əksəriyyətinin olduğu yerə gedirəm... “Gürcü Arzusu” 2012-ci il 1 oktyabr ideallarından uzaqlaşıb. Bizim dəyərlərimiz müxtəlifdir”, – deyə Eka Beselia bildirib.

Eka Beselia bu barədə qərarı ötən günkü səsvermədən sonra qəbul edib, belə ki, səsvermə zamanı əksəriyyət 9 deputat tərəfindən hazırlanmış hakimlərin müddətsiz təyin edilməsinin dayandırılması ilə bağlı qanun layihəsini dəstəkləməyib.

Deputatlar bu məsələ ilə bağlı bütün gün ərzində plenar iclas formatında müzakirələr aparıblar. Yekunda qanun layihəsini 45 deputat dəstəkləyib, 17 deputat isə əleyhinə səs verib. Qanun layihəsinin qüvvəyə minməsi üçün 76 deputatın dəstəyi lazımdır.

Xatırladırıq ki, irəli sürülmüş təşəbbüsə əsasən, “Ümumi Məhkəmələr Haqqında” üzvi qanuna dəyişikliklər edilməlidir. Bu dəyişiklik şəhər və apelyasiya məhkəmələrində hakimlərin müddətsiz seçilməsini 31 dekabr 2024-cü ilədək dayandırılmasını nəzərdə tutur.

Qanunvericilik təşəbbüsünü Parlamentin 9 üzvü – Eka Beselia, Qedevan Popxadze, Levan Qoqiçaişvili, Otar Çrdileli, Aleksandre Erkvania, Zviad Kvaçantiradze, Koba Narçemaşvili, Davit Çiçinadze və Levan Koberidze imzalayıblar.

 

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis
Departamentinin Tetricğaro Rayon İdarəsinin əməkdaşları
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qaranın
oğurlanmasında şübhəli bilinən 3 nəfəri
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tetricğaro Rayon İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qaranın oğurlanmasında şübhəli bilinən 3 nəfəri
Gürcüstan Təhsil Nazirliyi müəllim olmaq
istəyənlər üçün avqustun sonunda müsabiqə elan
edəcək.
Gürcüstan Təhsil Nazirliyi müəllim olmaq istəyənlər üçün avqustun sonunda müsabiqə elan edəcək.
Tbilisinin David
Ağmaşenebeli dərəsinin 9-cu kilometrliyində yol-nəqliyyat hadisəsi
baş verib.
Tbilisinin David Ağmaşenebeli dərəsinin 9-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Gürcüstanın Dmanisi rayonunda 3.2 bal gücündə
zəlzələ baş verib.
Gürcüstanın Dmanisi rayonunda 3.2 bal gücündə zəlzələ baş verib.
“Aylardır iki uşaqla atam evində yaşayırıq,
tək gəlirimiz uşağımın fiziki qüsurlu maaşıdır, - Esmira Qocayeva
danışır, - İki uşağım var biri fiziki məhdudiyyətlidir, serebral
iflicdir.
“Aylardır iki uşaqla atam evində yaşayırıq, tək gəlirimiz uşağımın fiziki qüsurlu maaşıdır, - Esmira Qocayeva danışır, - İki uşağım var biri fiziki məhdudiyyətlidir, serebral iflicdir.
“Gürcüstan və ABŞ arasında birbaşa
aviauçuşlarla bağlı sentyabrda danışıqlar aparılacaq”
– bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia
Turnava jurnalistlərə bildirib.
“Gürcüstan və ABŞ arasında birbaşa aviauçuşlarla bağlı sentyabrda danışıqlar aparılacaq” – bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava jurnalistlərə bildirib.
Azərbaycan Gömrük Komitəsi Türkiyə, Gürcüstan
və Rusiyaya avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək
niyyətindədir.
Azərbaycan Gömrük Komitəsi Türkiyə, Gürcüstan və Rusiyaya avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək niyyətindədir.
Marneuli bələdiyyəsinin Şaumian kəndi
ətradında yerləşən dağda yanğın baş verib.
Marneuli bələdiyyəsinin Şaumian kəndi ətradında yerləşən dağda yanğın baş verib.