სიახლე
Müxalifət iqtidar partiyasını dövlət resurslarından istifadə etməkdə ittiham edir
“Milli Hərəkat” iqtidar partiyasını seçkilər ərəfəsində dövlət resurslarından istifadədə ittiham edir. 13 aprel tarixində Marneuli Mədəniyyət Mərkəzi ərazisində “Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallının rəsmi təqdimatı keçirilib.

İqtidar partiyasının namizədinin təqdimatında Marneulinin müxtəlif məktəblərinin direktorları və müəllimləri də iştirak edirdilər. Bələdiyyə Məclisinin “Milli Hərəkat” partiyasının üzvü olan deputatı Azad Kərimov görüşə gələn müəllimlər qrupunu video-qeydə alıb. O, video çəkdiyi zaman müəllimlərə hansı kənddən olduqlarını və bütün müəllimlərin gəlib-gəlmədiyini soruşub.

Videoda Keşəli məktəbinin müəllimlərindən biri deyir ki, qadınlı-kişili məktəbdəki bütün müəllimlər – ümumilikdə 24 müəllim gəlib.

Marneuli bələdiyyə məclisinin üzvü Azad Kərimov “Marneuli” radiosu ilə söhbəti zamanl bildirdi ki, Marneulinin resurs mərkəzinin tapşırığı ilə “Gürcü Arzusunun” merliyə namizədinin təqdimatına demək olar ki, Marneulinin bütün məktəblərindən müəllimlər gedib.

“Xalq onları dəstəkləmir. Bu onunla təsdiqini tapır ki, namizədin təqdimatında maksimum dərəcədə dövlət resurslarından istifadə ediblər. Bunun nümunələrindən biri Marneuli merinin təqdimatıdır ki, Kvemo Kartli miqyasında müəllimlər və şagirdləri Marneuliyə təqdimata gətiriblər” – Azad Kərimov deyir.

Kərimovun ittihamı ilə Keşəli ictimai məktəbinin direktoru Binəli Əliyev razılaşmır.

“Mənim tərəfimdən heç bir tapşırıq olmayıb. Mən işimdə və vəzifəmdə sərbəstəm və özümə caabdehəm” – məktəb müəlimlərinin merin təqdimatına getməsi ilə bağlı isə Binəli deyir ki, bu haqda məlumatı yoxdur, çünki 13 apreldə istirahət günü idi və onlar istədikləri yerə gedə bilərdilər.

Müxalifət partiyasının ittihamına eləcə də Marneuli resurs mərkəzinin rəhbəri Kənan Omarov etiraz edir – “Bu məsələ ilə bağlı heç yerdən tapşırıq yox idi və xahiş də edilməmişdi. Öz istəyi ilə kimsə iştirak etmək istəyibsə özü bilər, bizim məsələdən xəbərimiz yoxdur”.

Beynəlxalq Şəffaflıq Gürcüstanın baş hüquqşünası Qiqi Çixladze bizimlə söhbətində deyir ki, vəzifəsinə görə şəxsin seçki prosesinə və təbliğata qoşulmağa məcbur edilməsi Gürücstanın seçki məcəlləsi ilə qadağan edilib. Qeyd olunan halda isə məhz bu fakt nəzərə alına bilər, baxmayaraq ki, sübutlar yoxdur.

“Mühit və pis təcrübə bizi düşündürür ki, məhz belə məsələdir, ona görə ki, dövlət məmurları, büdcə təşkilarının əməkdaşları, təəssüf ki, illərdir artıq birbaşa və saxta məcburiyyətlə təbliğata qoşulurlar” – Qiqi Çixelidze deyir.

Beynəlxalq Şəffaflıq Gürcüstanın baş hüquqşünası eləcə də izah edir ki, müşahidəçi və ya beynəlxalq təşkilatın administraiv resursun istifadəsi ilə bağlı tövsiyyələri var ki, dövlət və partiya bölünsün və seçkiqabağı təbliğatda insan resursundan istifadə edilməsin. Ancaq qeyd olunan tövsiyyələrin ən yaxşı halda yalnız müəyyən hissəsi yerinə yetirilir.

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
55 yaşlı Surik Çiçiani Marneuli rayonunun
Sereteli kəndində yaşayır. O, yeganə gözdən qüsurlu şəxsdir ki,
Marneulinin 26 saylı seçki məntəqəsinə
qeydiyyatdadır.

55 yaşlı Surik Çiçiani Marneuli rayonunun Sereteli kəndində yaşayır. O, yeganə gözdən qüsurlu şəxsdir ki, Marneulinin 26 saylı seçki məntəqəsinə qeydiyyatdadır.

Marneuli bələdiyyəsinin Candar, Kürtlər,
Bəylər, Tsopi, Ağ körpü və Algeti 2 saylı ictimai məktəblərinə
rəsmi olaraq direktor əvəz ediciləri təyin
olunub.

Marneuli bələdiyyəsinin Candar, Kürtlər, Bəylər, Tsopi, Ağ körpü və Algeti 2 saylı ictimai məktəblərinə rəsmi olaraq direktor əvəz ediciləri təyin olunub.

Marneulinin 22 saylı seçki dairə
komissiyasında 61 şikayətdən yalnzı 14-nə bəraət
qazandırılıb.

Marneulinin 22 saylı seçki dairə komissiyasında 61 şikayətdən yalnzı 14-nə bəraət qazandırılıb.

Tbilisi-Senaki-Leselidze avtomobil
maqistralında Mtsxeta yaxınlığında qəza baş verib.
Tbilisi-Senaki-Leselidze avtomobil maqistralında Mtsxeta yaxınlığında qəza baş verib.
თბილისი-სენაკი-ლესელიძის საავტომობილო
მაგისტრალზე, მცხეთასთან ავტოავარია მოხდა, რა დროსაც 2 ბავშვი
დაშავდა.
თბილისი-სენაკი-ლესელიძის საავტომობილო მაგისტრალზე, მცხეთასთან ავტოავარია მოხდა, რა დროსაც 2 ბავშვი დაშავდა.
"Marneulililərin mənə dəstəyi çox böyükdür, onları tək qoya bilmərəm və mən siyasətə davam edəcəm" - bu sözləri "Marneuli" radiosu ilə müsahibəsi zamanı növbədənkənar mer seçkilərində müstəqil namizəd olan Əli Bədirov dedi.
“Açıq Cəmiyyət Fondu” etnik azlıq
nümayəndələrinin siyasi həyata qoşulması ilə bağlı araşdırma
yayımlayıb.

“Açıq Cəmiyyət Fondu” etnik azlıq nümayəndələrinin siyasi həyata qoşulması ilə bağlı araşdırma yayımlayıb.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi
Monitorinqi üzrə Departamentinin əməkdaşları Gürcüstanda “Massimo
Dutti”-nin nümayəndəsinin yazılı
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi üzrə Departamentinin əməkdaşları Gürcüstanda “Massimo Dutti”-nin nümayəndəsinin yazılı