Saat 15:00-a olan məlumata görə, seçicilərin 22.62%-i artıq səs verib

Saat 15:00-a olan məlumata görə, Marneuli meri vəzifəsinə növbədənkənar seçkilərdə 22 553 seçici öz seçimini edib ki, bu da seçicilərin ümumi sayının 22.62%-i deməkdir. 22 saylı Dairə Seçki Komissiyasının məlumatına görə, bu mərhələdə 17 şikayət ərizəsi daxil olub.




Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən Marneulidə seçicilərin ümumi sayı 99 717 nəfərdir ki, bu da Prezident seçkilərində qeydiyyatda olan seçicilərin ümumi sayı ilə müqayisədə 544 nəfər çoxdur. (99 173)


Marneuli 22 saylı seçki dairəsinə ümumilikdə 90 seçki məntəqəsi daxildir. Bu məntəqələrdən 15-i Marneuli şəhərində yerləşir, qalan 75 məntəqə isə bələdiyyənin 84 kəndi üzrə bölünüb.


Marneuli meri vəzifəsinə növbədənkənar seçkilərdə 15 namizəd mübarizə aparır, lakin əsas mübarizə onlardan dördü arasında gedir.


Fəal seçkiöncəsi kampaniya apardıqlarına görə, seçicilər partiyaları təmsil edən üç və bir müstəqil namizədi daha çox tanıyırlar.


Mer vəzifəsi uğrunda “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, “Vahid Milli Hərəkat – Birləşmiş müxalifət”dən Aqil Mustafayev, “Gürcü Arzusu”ndan Zaur Darğallı və müstəqil namizəd olan gənc hüquqşünas Əli Bədirov mübarizə aparırlar. Yalnız bu dörd namizəd seçicilərə seçki proqramını təqdim edib.


 

Print Email
FaceBook Twitter Google