Çeçenistan lideri Ramzan Kadirov teleaparıcı
Giorgi Qabuniaya “məsləhət görüb” ki
,
Putinə söyüş söydükdən sonra gizlənsin. Çünki dünyada “Rusiya
prezidenti Vladimer Putinə hörmət edən milyonlarla gənc var”.
Kadirovun bəyanatına görə ilk qarşılaşdığı həmin gənclərdən biri
ona “layiq olduğunu göstərə bilər”.
Kadirovun bəyanatını rus mediyası yayımlayır.
Kadirovun bəyanatına əsasən Rustavi 2-nin aparıcısına qarşı cinayət
işi qaldırılmalıdır, Gürcüstan hakimiyyəti isə Putindən üzr
istəməlidir. Əks halda Kadirovun sözlərinə görə Rusiya Gürücstanı
ciddi sanksiyalarla cəzalandırmalıdır. Cəza olaraq Kadirov
Gürcüstanla əlaqələndirici yolların bağlanmasını hesab edir.