Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkiləri üçün
bülletenlərin çapına başlanılıb.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK)
bildirilib.
Bir neçə gün davam edəcək çap prosesi MSK üzvləri ilə yanaşı
müşahidəçilərin də nəzarəti altında həyata keçiriləcək.
Proporsional seçki sistemi üçün 3 160 900, majoritar seçki sistemi
üçün isə 3 097 800 ədəd bülleten çap olunacaq.
Bülletenlər Gürcüstanda yaşayan milli azlıqların dillərində də
hazırlanacaq. 213 seçki məntəqəsi üçün bülletenlər
gürcü-Azərbaycan, 135 seçki məntəqəsi üçün isə gürcü-erməni
dillərində çap ediləcək.
Mənbə: NewsBureau