Adam yaşlanıb - Baş nazirin Kikabidzeyə qarşı ayrı-seçkiliyi
“Dünən kimin Rusiyapərəst olduğunu gördük. Bu adi şüuraltı bir davranış idi," – Baş nazir Qiorqi Qaxaria Vahid Milli Hərəkatın mitinqində Buba Kikabidzenin rus dilində oxuduğu mahnı ilə bağlı belə bir açıqlama verib.

Qaxariya Buba Kikabidze haqqında yaş ayrı-seçkiliyi edərək bəyanat verir - Kikabidzenin “qoca" olduğunu və “Milli Hərəkat”-ın onu seçki mitinqlərində oxudub emosional təzyiq altında saxlayaraq partiyanın şəxsiyyətin taleyini görməməzlikdən gəldiyini söyləyib:

"Sadəcə olaraq, insan kimi ürəyim ağrıdı, bu adi şüuraltı davranışdır. Xəbər sosial mediada yayılana qədər orda duran bir kəs heç çıxıb şərh bildirməyi də düşünmədi. Xəbər sosial mediada çıxdıqdan sonra bəzi yöndəmsiz versiyalar axtarmağa başladılar - buna görə şüuraltı olduğuna əminəm. Buba Kikabidze görkəmli sənətkarlardan biridir. Bu insan artıq qocadır. Bu, "Milli Hərəkat"-ın tərzidir ki, heç kim bir şəxsiyyətin taleyi ilə maraqlanmır. Əvvəla, bu yaşdakı bir insanı oraya aparırsan, mahnı oxudursan, onu belə bir mənəvi zərbə altına salırsan... illər ərzində yaratdıqlarından, gördüyü işlərdən, şöhrət qazandığından və ya xalqın sevgisindən sonra, bir axşamda təəssüf ki...
Bu dünənki mitinq mənə bir daha sübut etdi ki, postsovet dövrünün siyasi elitalarını dəyişməyə başlamaq lazımdır",
– deyə Qaxaria qeyd edib.

29 oktyabrda Tbilisidə Azadlıq meydanında VMH/Güc Birlikdədir-in son toplantısı keçirildi. Burada partiyanın parlament siyahısında bir nömrəsi Buba Kikabidze "Tbiliso" da daxil olmaqla iki mahnı ifa etdi. Kikabidzenin rus dilində bir neçə beyt oxumağı sosial şəbəkələrdə geniş reaksiyaya səbəb olub.

VMH siyahısında bir nömrə olan Kikabidze, Ukraynada rusca oxuduğu üçün ikinci misranı avtomatik olaraq rus dilində oxuduğunu söyləyib

“Tbilisidə də Ukraynada oxuduğum kimi oxumağımda bir texniki səhv var idi. Rus dilində bir proqramım var və Ukraynaya gedəndə orada rus dilində mahnı oxuyuram. Avtomatik olaraq ikinci bəndi rus dilində oxumağım mənim günahım idi", – deyə Kikabidze reaksiyalara cavab verib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər