Dezinformasiya: limon sizi koronavirusa yoluxmaqdan qoruyur
Sosial şəbəkələrdə limon şirəsinin koronavirusdan özünü qorumağın ən asan üsulu olması ilə bağlı saxta məlumatlar yayılır.


“Tvalsazrisi” xəbər agentliyi “Əgər 3 gündə bir dəfə bu asan üsuldan istifadə etsəniz kovidə yoluxmazsınız” başlığı altında məqalə yayımlayıb. Məqalə rusdilli videoya əsaslanır. Videoya əsasən koronavirus zəif virusdur. Ona ən asan üsulla, ağız və burun boşluğunu limon suyu ilə təmizləməklə qalib gəlmək olar.


Pandemiya başlayan zaman koronavirusun müalicəsi ilə bağlı beynəlxalq miqyasda bir çox yalançı “dərman” yayımlandı. Onlardan biri də limondur. Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, yetərli qədər meyvə və tərəvəz qəbul etmək tövsiyə olunur. Çünki bu sağlam qidalanmanın bir hissəsidir. Ancaq onların sözlərinə görə, limonun bizi koronavirusdan qoruyacağını təsdiqləyəcək elmi sübut yoxdur.
Con Hopkins Universitetinin Sağlamlıq Təhlükəsizliyi Mərkəzinin üzvü Krutika Kupalain də analoji mövqeydədir: Limon suyunun, qaynar çayın hansısa bu kimi virusu öldürə biləcəyini göstərən məlumatlar yoxdur.
Faktların Araşdırılması üzrə onlayn platforma (Factly) limondan koronavirusa qarşı müxtəlif üsullarla istifadə etmək barədə yayılmış miflərə video həsr edib. Yayılmış məlumatın saxtalığı barədə faktların araşdırılması üzrə beynəlxalq platformalar (FactChechk.org, Politfact.com) və məlumat agentlikləri də (Euronews.com, BBC.com) yazıblar.
Bunların hamısını nəzərə alaraq, limonun bizi koronavirusa yoluxmaqdan qorumasını iddia etmək yanlışdır və faktiki əsası yoxdur.
Covid-19-a yoluxmaqdan özünü qorumaq bu qaydalara əməl etməklə mümkündür:
• Maska taxın;
• Tez-tez əllərinizi sabun və su ilə yuyun, yaxud spirt tərkibli məhlulla təmizləyin;
• Əlinizi yumadan gözünüzə, ağzınıza və burnunuza vurmaqdan çəkinin;
• Ətrafınızdakılarla aranızda ən az 1 metrlik məsafə saxlayın;
• Çox sayda adam olan toplantılardan çəkinin.
Pandemiya başlayan kimi koronavirusla bağlı çox sayda yanlış məlumatlar yayıldı və bu barədə “Fakt-Metr” indiyə kimi də yazırdı.





https://factcheck.ge/
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər