Yerli özünüidarə seçkiləri – gender kvotasının ilk addımları
Tozu Gülməmmədova Saqareco bələdiyyəsinin Yormuğanlı kəndində siyasətə qoşulmağa qərar verən ilk qadındır. O, “Gürcüstan naminə” partiyasından Yormuğanlı Bələdiyyə Məclisi üzvlüyünə namizəddir. Onun əsas məqsədi Bələdiyyə Məclisində icmasının indiyə qədər heç kimin danışmadığı problemlərindən danışmaqdır.

“İlk jurnalist də, ilk fəal da mən idim. Fikrimcə, bu istiqamətdə də kimsə birinci olmalıdır ki, digər qızlar üçün də yol açılsın. Yanaşma belədir ki, sanki biz burada yoxuq. Qərarı elə qəbul edirlər ki, bizim xəbərimiz olmur. Həmişə məndə elə təəssürat yaranır ki, bu qərarı qəbul edən adam məni tanımır. Biz fərqliyik, bunu etiraf etməliyik. Ümumi yanaşma ilə effektiv işləmək olmayacaq.”

İlk dəfə namizədliyini irəli sürən daha bir qadın isə Marneulili Nino Robakidzedir. Baxmayaraq ki, illərdir siyasətdədir, ilk dəfə namizədliyə qərar verib. O, “Avropalı Gürcüstan” partiyasından Tereteli-Tamarisi majoritar dairəsindən deputatlığa namizəddir. Nino deyir ki, onun məqsədi Marneulidə nepotizmi və ədalətsizliyi sona çatdırmaqdır.

“Qadın kişi üçün mümkün olmayanı edə bilər. Çünki qadının təbiəti kişiyə nisbətən başqadır. Həmişə etiraz edirəm ki, müəyyən şəxslər, müəyyən soyad nümayəndələri üçün xidmət göstərilməməlidir. Marneulidə çox bacarıqlı, gənc nəsil var. Biz istifadə olunacaq əşya deyilik ki, istifadə edib, sonra atsınlar”

Yerli özünüidarə seçkilərinə 3 gün qalıb. Marneulidə seçki üçün qeydiyyatdan keçmiş 10 partiyada qadınların sayı 38%-dir.

Daha ətraflı:


Print Email
FaceBook Twitter Google