Saakaşvili aclıq aksiyasını dayandırmaq fikrində deyil - Yasko

Mixeil Saakaşvilinin həyat yoldaşı Liza Yasko Rustavi həbsxanasına

səfərindən sonra Gürcüstanın keçmiş prezidentinin aclıq aksiyasını dayandırmaq fikrində olmadığını bildirib.
Yasko jurnalistlərə vəziyyətinin gündən-günə pisləşdiyini bildirib və “bunun üçün nəsə etməliyik, onu azad etmək lazımdır”, - deyə izah edib.
“Aclıq aksiyasını dayandırmaq niyyətində deyil - bu, çox çətindir. O, təxminən 20 kiloqram arıqlayıb və çox ağır simptomları var”, - deyə Yasko bildirib.
Gürcüstan seçkiləri və ya cari siyasi hadisələrlə bağlı sualı cavablandıran Yasko deyib ki, gürcü dilində danışanlar bu barədə danışmalıdırlar.
Ukraynanın mövqeyinə gəlincə, Yasko Radanın üzvü kimi deyir:
“Biz Saakaşvilinin Ukraynaya qayıtmasını istəyirik, lakin çox şey Gürcüstan hökumətindən və hazırda baş verən hadisələrdən asılıdır, bu, gürcü tərəfinin məsuliyyətidir”, - deyə o əlavə edib.
________________________________________
Mixail Saakaşvili artıq bir aydır ki, aclıq aksiyası keçirir. Onun partiya yoldaşları və həkimlər vəziyyətinin pisləşdiyini deyirlər.
Bəzi tərəfdarlar və partiya üzvləri Saakaşvilini aclıq aksiyasına son qoymağa çağırırlar ki, onun vəziyyəti daha da pisləşməsin. Onların arasında partiyanın sədri və Tbilisi merliyinə namizəd Nika Melia da var.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər