“Məhkumun şərəfinin və ləyaqətinin toxunulmazlığı hüququ pozulub” - Ombudsman Saakaşvili haqqında yayılan videolara münasibət bildirib

Gürcüstanın Xalq Müdafiəçisi Mixeil Saakaşvilinin 18 saylı Müalicə Müəssisəsinə

köçürülməsinin görüntülərini yaydığına görə Ədliyyə Nazirliyini/Xüsusi Penitensiar Xidməti tənqid edib.

Ombudsmanın sözlərinə görə, qurum “məhbusun şərəf, ləyaqət və şəxsi həyatın toxunulmazlığı hüququnu pozaraq, Saakaşvilinin onun iradəsinə zidd güc tətbiq olunmasını əks etdirən kadrları yayıb”.

“Vurğulamaq lazımdır ki, video çəkilişlər müvafiq epizodu tam və davamlı şəkildə əks etdirmir və tərtibata daxil olan bir neçə epizodda məhbus yarıçılpaq, ləyaqəti alçaldılan vəziyyətdə təsvir edilir.

Bundan əlavə, videoyazıların təhlili təsdiq edir ki, Mixeil Saakaşvilinin 18 saylı müəssisəyə aldadılaraq və onun iradəsinə zidd olaraq köçürülüb ki, bu da Xalq Müdafiəçisi tərəfindən 2021-ci il noyabrın 8-də bəyan olunmuşdu”,
- deyə bəyanatda oxuyuruq.

Xalq müdafiəçi vurğulayır ki, Dövlət Müfəttişliyi Saakaşvilinin pis rəftara məruz qalması faktını araşdırır. Dövlət müfəttişinin sözlərinə görə, istintaqın tələb etdiyi video çəkilişlər indiyədək Penitensiar Xidmət tərəfindən təqdim edilməyib.

“Buna görə də videomaterialın nəyə görə ictimailəşdirilməsi və istintaq orqanına tam şəkildə təqdim edilməməsi qərarının verildiyi aydın deyil”.

Ombudsman ədliyyə nazirinin bəyanatına xatırlayır. Həmin bəyanata görə, videoçarxın yayılması vəkilin Saakaşviliyə qarşı pis rəftarla bağlı iddialarını təkzib etmək məqsədi daşıyır və sonra əlavə edib:

“Xalq müdafiəçisi hesab edir ki, abstrakt qanuni məqsədə işarə etməklə və məhbus Mixeil Saakaşvilinin kadrlarını tamamilə qeyri-mütənasib və təhqiredici şəkildə yaymaqla onun şərəf, ləyaqət və şəxsi toxunulmazlıq hüququ pozulub.

Vəkilin mövqeyinin etibarsız sayılması üçün qeyd olunan videomaterialların istintaq üçün tam verilməsi ilə yanaşı, hüququ daha az məhdudlaşdıran başqa bir vasitənin seçilməsi də mümkündür”.


Xalq müdafiəçisi tələb edir ki, ədliyyə naziri və Xüsusi Penitensiar Xidmət məhbusların hüquqlarına hörmət etməli və Mixeil Saakaşvilinin şəxsi məlumatlarına, şərəf və ləyaqətinə toxunmağa son qoysun.

Noyabrın 11-də Xüsusi Penitensiar Xidmət Mixeil Saakaşvilinin Qldani həbsxanasının xəstəxanasına köçürülməsinin iki videosunu yayıb.

Birinci videoda Mixeil Saakaşvilinin zorla köçürülməsinin görüntüləri əks olunub. Videonun səsi yoxdur və yəqin ki, müşahidə kamerası tərəfindən lentə alınıb.
İkinci video isə həbsxanaya aparılmazdan əvvəl çəkilib. Görüntülərdə Saakaşvilinin Rustavi həbsxanasına qayıtmasını tələb etdiyi və həbsxana xəstəxanasına könüllü daxil olmaqdan imtina etdiyi görünür.

Dövlət Müfəttişliyi İdarəsi Mixeil Saakaşvilinin şəxsi məlumatlarının açıqlanmasının qətiyyən yolverilməz olduğunu bildirir və Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidməti oxşar məlumatları ehtiva edən videoların yayılmasını dayandırmağa çağırır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər