Aİ Rusiyanın Ukrayna və Gürcüstanda işğal etdiyi ərazilərdəki səyahət sənədlərini tanımayıb
Avropa İttifaqı (Aİ) Şurası işğal altındakı Ukrayna və Gürcüstan ərazilərində Rusiya tərəfindən verilmiş sənədlərin tanınmamasına dair qərarı qəbul edib.

Bu barədə Aİ Şurasının saytında yerləşdirilmiş məlumatda bildirilib.

“Ukraynanın Rusiya tərəfindən işğal edilmiş rayonlarında və Gürcüstanın separatçı ərazilərində Rusiya tərəfindən verilmiş səyahət sənədləri Şengen zonasına səyahət və ya onun sərhədlərini keçmək məqsədilə viza əldə edilməsi üçün keçərli sənəd sayılmayacaq”, - deyə bəyanatda qeyd olunub.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər