Bu gün biz bir daha simulyasiyanın şahidi olduq. Görünən odur ki,
bunu etmək üçün də bir istedad lazımdır.
Bu sözləri Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze sabiq
prezident Mixail Saakaşvilinin məhkəmə iclası zamanı müşahidə
olunan görüntüsünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Saakaşvilinin arıqlamasına onun zəif
qidalanması və mədə əməliyyatı keçirməsi səbəb olub:
“Onun (Saakaşvilinin) vizual görünüşünə gəlincə, bu,
Ədliyyə Nazirliyinin bir neçə gün əvvəl dərc etdiyi kadrlardan heç
də fərqlənmir. O, pəhriz saxlayır. Həmçinin mədə əməliyyatı keçirib
ki, bu da onun bir qədər arıqlamasına səbəb olub. Görüntülərdən
görə biləcəyimiz tək şey budur. Tibbi sübutlara gəlincə, bu,
diaqnozla təsdiqlənməlidir. Bizim bu gün televiziyada gördüyümüz
tamamilə səriştəsiz simulyasiyadır. O, (Saakaşvili) simulyasiyanı
məharətlə yerinə yetirir. Birbaşa məlum oldu ki, onlar Amerikaya
bəzi məlumatlar göndəriblər və oradan manipulyasiya edilmiş
məlumatlar gəlib. Əslində zəhərlənmə baş verməyib. Yadınızdadırsa,
Saakaşvilinin zəhərlənməsi ilə bağlı bütün dünyada sifarişli
yazılar yayılırdı. Araşdırma nəticəsində məlum olub ki, zəhərlənmə
qeydə alınmayıb. Dövlət qurumları Saakaşviliyə görə məsuliyyət
daşıyır və buna görə də ona qayğı göstərilir. Onun tibb işçilərinə
qarşı etdiklərinə baxmayaraq, tibb işçilərinin ona necə qulluq
etdiyini əks etdirən kadrları görmüsünüz. Məhbus hansı ağır cinayət
törətsə də, qayğı dövlətin borcudur və siz də bilirsiniz ki, Mixail
Saakaşvili ən ağır cinayətlər törədib".