Aleksey Arestoviç istefa ərizəsi yazıb
Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç istefa ərizəsi yazıb. Bu barədə Azadlıq radosu məlumat yayıb. Arestoviç bu haqda Facebook-da yazıb.

“Sivil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhv istefa deməkdir”, – o yazıb.

Arestoviç həmçinin prezident aparatının rəhbəri Andrey Yermakın adına yazdığı ərizənin surətini də yayıb.



Ukrayna parlamenti – Verxovna Radanın deputatı Aleksey Qonçarenko deyib ki, Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviçin vəzifəsindən azad edilməsi üçün tələbnaməyə imza toplanmasına başlanıb.

Deputat bildirib ki, o habelə Arestoviçin dövlətə xəyanət əməli törətməsinin araşdırılması üçün Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) müraciət edib.

Qonçarenkonun fikrincə hakimiyyət “Arestoviçin hərbi mövzuda fantaziyalarının prezident administrasiyasının mövqeyinə dəxli olmadığına” dair rəsmi bəyanat verməlidir.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər