Gürcüstanda siyasətlə məşğul olmayacam, lakin səni Ukraynadan və digər yerlərdən dəstəkləyəcəm – Mixail Saakaşvili
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Vahid Milli Hərəkat Partiyasının yeni lideri Levan Xabeişviliyə təbrik məktubu ünvanlayıb.

Saakaşvili məktubunda Gürcüstanda siyasətlə məşğul olmayacağını bildirib. O, Levan Xabeişvilini qələbə münasibətilə təbrik edib və dəstəklədiyini bildirib.

“Təbrik edirəm, qardaş! Səni yaxın insan və böyük potensialı olan siyasətçi hesab edirəm. Mən Gürcüstanda heç bir siyasi fəaliyyətlə məşğul olmaq fikrində deyiləm, lakin səni Ukraynadan və digər yerlərdən dəstəkləyəcəm. Bağrıma basıram”, - deyə Saakaşvili bildirib.


Levan Xabeişvili Mixail Saakaşviliyə “dəstəyinə və xeyirxahlığına görə” təşəkkür edib.

“Mən Mişanın, Nikanın, siyasi məhbusların və ölkəmizin azadlığı uğrunda barışmaz, çətin mübarizəyə hazıram”, - Xabeişvili deyir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər