Şarl Mişel Gürcüstanda baş verən hadisələrdən narahatdır
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Gürcüstanda baş verən hadisələrdən dərin narahatlıq keçirdiyini bildirib.

Şarl Mişel bununla bağlı "Twitter" hesabında paylaşım edib.

"Dinc etiraz hüququ istənilən demokratiyanın əsasını təşkil edir. "Xarici təsir" qanununun qəbulu Gürcüstanda əksəriyyətin arzuladığı Aİ-yə inteqrasiya yoluna uyğun deyil. Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik Aİ layihəsinin əsasında dayanır", - deyə Aİ Şurasının Prezidenti vurğulayıb.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər