İrakli Kobaxidzenin sözlərinə görə, təbii fəlakət bölgəsində yaşayan 296 ailə təhlükəsiz yerə köçürülüb və zərərçəkən ailələrə müvafiq kompensasiyanın verilməsi üçün sənədlər hazırlanır
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin bəyanatına görə, təbii fəlakət bölgəsində yaşayan 296 ailə təhlükəsiz yerə köçürülüb və zərərçəkmiş ailələrə müvafiq kompensasiyanın verilməsi üçün sənədlər hazırlanır.

Kobaxidzenin rəhbərlik etdiyi hökumətin ilk iclasında bildirdiyi kimi, lazım gələrsə, zərərçəkənlərə yardım üçün mərkəzi büdcədən pul ayrılacaq.

“Ötən həftə bizim üçün çox ağrılı oldu. Təbii fəlakətlər və qəzalar nəticəsində 14 nəfər həyatını itirib. Bir daha mərhumların ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm. Ləğvetmə işləri ilə yerindəcə tanış oldum və qeyd etmək istərdim ki, istər dövlət qurumları, istərsə də yerli hakimiyyət nümayəndələri çox böyük işlər görüblər. Çox tez hərəkət etdilər, elektrik enerjisi və təbii qazın verilişi çox tez bərpa olundu. Həmçinin avtomobil yolları çox sürətlə təmizlənib, müvafiq hissələrdə avtomobillərin hərəkəti bərpa edilib. 400-ə yaxın yaşayış evi su altında qalıb, onlardan 300-dən çoxunda nasos işləri artıq yekunlaşıb. Yekun hesabat hazırlanmamış 296 ailə təhlükəsiz yerə köçürülüb. Dəymiş ziyan da qiymətləndirilib. Müvafiq ailələrə kompensasiyaların verilməsi üçün müvafiq sənədlər hazırlanır. Lazım gələrsə, mərkəzi büdcədən vəsait ayrılacaq. Mən təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında ən fəal iştirak edən aidiyyatı nazirliklərə - Daxili İşlər Nazirliyinə, İnfrastruktur Nazirliyinə, Ekologiya Nazirliyinə, həmçinin, hökumət administrasiyasının regional şöbəsinə, yerli hökumət nümayəndələrinə, xilasedicilərə, bu işlərdə əməyi olan bütün insanlara təşəkkürümü bildirirəm”, - deyə İrakli Kobaxidze bildirib

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər