Hökumətin iclası ilə paralel olaraq etiraz aksiyaları da keçirilir

Hökumət administrasiyasında baş nazir İrakli Kobaxidze hökumətinin ilk iclası keçirilir, iclasa paralel olaraq dövlət dəftərxanası qarşısında da bir sıra aksiyalar keçirilir.


Saat 10-dan etibarən "Nabici" hərəkatının nümayəndələri, pankartlı gənclər - “İrakli Qavriloviç” hökumət administrasiyasına toplaşıblar. Kobaxidze və Sergey Qavrilovu əks etdirən fotolar gətiriblər.

“Onun [Kobaxidzenin] keçmişdə çoxlu günahları var, Qavrilovu parlament sədri kreslosuna oturtdu, universitetdə tələbələr onun başına rubl atdılar, o, “Gürcü arzusu”nun sonuncu baş naziri olacaq”,
- deyə mitinqin iştirakçıları bildiriblər.

Xərçəng xəstələri də bu gün hökumət rəhbərliyi ilə mitinq keçirməyi planlaşdırır.

Onko xəstələri dövlətin ildə 1 onko xəstəsinin müalicəsini maliyyələşdirdiyi 25.000 lari limitinin ləğvini tələb edirlər.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər