İliya Darçiaşvili Türkiyəyə rəsmi səfər edəcək
Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili fevralın 14-15-də Türkiyədə rəsmi səfər edəcək.

Bu barədə Gürcüstan XİN məlumat yayıb.

Səfər çərçivəsində XİN rəhbəri türkiyəli həmkarı Hakan Fidan ilə görüşəcək.

Görüş TBMM sədri Numan Kurtumuşla keçiriləcək.

Qeyd edək ki, görüşdə Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq, onun dərinləşdirilməsi yolları, cari regional və beynəlxalq hadisələr, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər