Qaribaşvili 10 bölgəyə səfər edəcəyini elan edib
İrakli Qaribaşvili “Gürcü arzusu” partiyasının sədri kimi ilk mətbuat konfransını keçirib və gələcək planlarından danışıb.

Qaribaşvilinin sözlərinə görə, o, mart ayından 100 gün ərzində 10 regiona səfər etməyi planlaşdırır.

“Mənim səfərdə on tədbirim olacaq. Mən partiyamızın nümayəndələri, rayon təşkilatlarının nümayəndələri, aktivlərimiz, əhalinin ehtiyacları ilə yerində tanış olmaq üçün onlarla görüşəcəm”,
- deyə İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, görüşlərin əsas məqsədi seçkiqabağı hazırlıqdır. Qaribaşvilinin sözlərinə görə, “Gürcü arzusu”nun məqsədi 2024-cü ildə keçiriləcək parlament seçkilərində konstitusiya çoxluğu əldə etməkdir ki, bunun üçün partiyanın aktivlərinin maksimum səfərbər edilməsi zəruridir.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər