“Vahid Milli Hərəkat” Mixail Saakaşvilinin azad edilməsi tələbi
ilə imza toplamağa başlayır.
Bu barədə onun nümayəndəsi Sofo Caparidze mətbuat konfransında
bildirib.
“Bu gündən, bütün Gürcüstanda Milli Hərəkatın və Mixail
Saakaşvilinin yüz minlərlə tərəfdarı imza toplamağa başlayır. Mən
gürcü xalqını işə qoşulmağa çağırıram, çünki bu gün bizim hər
birimiz Mixail Saakaşvilinin azad edilməsi üçün real addımlar
atmağa imkan yaradırıq”, - o bildirib.
Sofo Caparidzenin dediyinə əsasən, toplanan imzalar martın 1-i,
saat 15:00-da prezident Salome Zurabişviliyə təhvil veriləcək.
“Bu Mixail Saakaşvilinin azadlığı üçün çox böyük
addımdır”,- Sofo Caparidze.