Marneuli Uşaq Bağçaları Birliyi 2 500 lari dəyərində su alıb
Marneuli Uşaq Bağçaları Birliyi Algeti uşaq bağçası üçün 2 500 lari
dəyərində su alıb.
Birlik 10 ədəd 19 litrlik suyu sadələşdirilmiş qaydada “Borcomi
Voter” MMC-dən alıb. Birliyin rəhbəri Zaur Kərəmovun sözlərinə
görə, bu Algeti bağçası üçün içməli su alınması ilə bağlı ilk hal
deyil. Həmin bağçaya illərdir, içməli su alınır. İndiki mərhələdə
bağçaya yalnız texniki su verilir.
“Algeti bağçasında yalnız texniki su var və əsasən
qab-qacaq üçün və ya vacib işlərə istifadə edirlər. Suyu 1 illik
müddətə almışıq və tələbə uyğun olaraq bağçaya
veririk”, - Zaur Kərəmov bildirdi.
Uşaq Bağçaları Birliyinin sözlərinə görə, bu miqdarda suyu yalnız
Algeti bağçası üçün almalı olurlar. Bələdiyyənin başqa bağçalarında
isə belə problem yoxdur.
Marneuli miqyasında ümumilikdə, 14 uşaq bağçası fəaliyyət göstərir.