Marneuli Bələdiyyə Məclisinin 3 üzvü “Milli Hərəkat Partiyasını”
tərk etməyi planlaşdırır.
Söhbət Laşa Kveladze, Marina Petrova və Davit Kimadzedən gedir.
Laşa Kveladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
rəsmi qərarı aprel ayında qəbul edəcəklər və fraksiyanı tərk
edəcəklər. Onun sözlərinə görə, Nika Melia və Nika Qvaramianın
təsis etdiyi “Yeni” partiyasına qoşulacaqlar.
“Partiyanı tərk etmək bizim üçün çətin qərar idi, çünki
illər ərzində Milli Hərəkatı təmsil edirdik, çox problemləri
aşmışıq. Hakimiyyət tərəfindən təqib, döyülmə, saxlanmalar və s.
Ancaq partiyanın qeyri-düzgün menecmentinə görə, eləcə də
partiyanın Mixeil Saakaşvilinin azad edilməsi üçün heç nə etməməsi
faktı var. Partiya 2022-ci ildə menecment dəyişikliyini məhz bunun
üçün etdi. Biz hesab edirik ki, Milli Hərəkat hakimiyyəti dəyişmək
üçün mübarizə aparmır. Yalnız Parlament mandatları ilə
maraqlanırlar, ölkə isə günü-gündən yoxsulluğa doğru gedir,
vətəndaşlarımız ailələrini saxlamaq üçün emiqrasiyaya getməli
olurlar, kriminal hadisələrin sayı çoxalıb, gənclər arasında
narkotikdən ölüm halları artıb, bizim məqsədimiz hakimiyyəti
dəyişməkdir və heç kimin emiqrasiyaya getməli olmayacağı, gənclərin
yaxşı təhsil alacağı, karyera perspektivinin olacağı, vətəndaşın
özünü firavan hiss edəcəyi, siyasi məhbusların olmayacağı ölkədə
yaşamaq istəyirik. Buna görə, ölkə miqyasında bizim çoxsaylı
dostlarımız və mübarizə aparanlarımız, eləcə də biz qərar qəbul
etdik ki, Nika Meliaya, Nika Qvaramiaya, onların yaratdığı “Yeni”
partiyasına qoşulaq, Gürcüstanı xilas etmək üçün mübarizə
aparaq”.
Kveladze bildirir ki, bu qərara “VMH”-ın rayon təşkilatının
çoxsaylı üzvü qoşulub.
18 mart tarixində yerli media “24 News” məlumat yayıb ki, Vahid
Milli Həərkatın nümayəndəsi Qiorqi Mumladze də partiyanı tərk
edəcək. Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı yayılmış
məlumatı təsdiq etmir və deyir ki, hansısa qərar qəbul etdiyi zaman
ictimai şəkildə bildirəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil
olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415