Bolnisidə Novruz Bayramı münasibətilə tədbir keçirilib (FOTO)
Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə Novruz Bayramı münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzin icraçı direktoru Rezo Həsənov açaraq qonaqları və iştirakçıları salamlayıb. O, çıxışı zamanı qarşıdan gələn “İlaxır Çərşənbə” və Novruz Bayramı münasibətilə hər kəsi təbrik edib. Həsənov Gürcüstanın ən gözəl şəhərlərindən biri olan Bolnisidə keçirilməsinə görə böyük fəxr hissi keçirdiyini bildirib.

Daha sonra Gürcüstan Parlamentinin sabiq deputatları Ramiz Bəkirov və Mahir Dərziyev, mərkəzin Azərbaycan dili müəllimi Fatma Əliyeva, Kvemo-Bolnisi (Kəpənəkçi) 2 nömrəli ictimai məktəbinin direktor müavini Çingiz Yaqublu və Gürcüstan Azərbyacanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) direktoru Murad Muradov çıxış ediblər.

Tədbirdə mərkəzin 100-ə yaxın üzvünə Azərbaycan dili, gürcü dili və ingilis dili fənləri üzrə sertifikatlar da təqdim edilib.

Mərkəzin İncəsənət və rəsm müəllimi Qəşəm Süleymanovun və Rəsm kursunun üzvü Turanə Süleymanovanın çəkdiyi rəsm əsərləri də nümayiş etdirilib.

Tədbir rəqs qruplarının, mərkəzin hazırladığı əyləncəli hissə ilə sona çatıb.




Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google