Rustavidən olan boksçu Rahibə İsmayılova Yunanıstanda keçirilən beynəlxalq turnirdə qalib olub
Rustavidən olan boksçu Rahibə İsmayılova Yunanıstanda keçirilən beynəlxalq turnirdə qalib olub.
Onun “Marneuli” radiosuna bildirdiyinə görə, artıq 5-6 ildir ki, boksla məşğuldur və bir çox turnirlərdə iştirak edib.

“Məndə idmana maraq necə yarandı, tam olaraq yadımda deyil. Sadəcə özüm üçün məşğul olmaq istədim, amma zaman məni buraya qədər gətirdi. Ötən ilin noyabr tarixində Budvada keçirilən “U22 EUBC” turnirində bürünc medalın sahibi oldum. Daha sonra Batumi şəhərində Gürcüstan Çempionatında birincilik əldə etdim. İndi isə Yunanıstanda keçirilən beynəlxalq turnirdə birincilik əldə etdim və inşallah gələcək yarışlarda da eyni nəticəni əldə edəcəyəm”,
– Rahibə İsmayılova dedi.

Rahibə İsmayılova bildirir ki, idmanla ciddi məşğul olmağa başladıqdan bu günədək ailəsi onun ən böyük dəstəkçisi olub, hər işində yanında olublar. Bu səbəbdən onlara bir az da olsun təbəssüm bəxş etmək Rahibəni sevindirir.

Qeyd edək ki, Rahibə İsmayılova Yunanıstanda keçirilən boks üzrə beynəlxalq turnirdə birinciliyi cari ilin 28 mart tarixində əldə edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google