Kürtlər kənd məscidində iftar süfrəsi təşkil olundu (FOTO)
29 mart tarixində Marneuli bələdiyyəsinin Kürtlər kənd məscidində iftar süfrəsi təşkil olundu. İftar süfrəsindən öncə din xadimləri tərəfindən dualar oxundu və Ramazan ayı haqda mərasim iştirakçılarına məlumatlar verildi.

Daha sonra din xadimi Rufin Şərəyev və Kürtlər kənd məscidinin imamı Teymur Qəhrəmanov çıxış edərək, Ramazan ayının əhəmiyyətindən və bu ayda tutulan orucun savabından danışdılar.

İftar süfrəsində iştirak edən kənd sakinləri də çıxış edərək müsəlmanları Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdilər. Ölkədə və dünyada sülh, əmin-amanlıq olmasını dilədilər.

Tədbirdə iştirak edən kənd sakinləri qonaqlara və iftar süfrəsinin təşkil olunmasında əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, iftar süfrəsi kəndin gəncləri tərəfindən təşkil olunmuşdu.

İftar sürəsindən sonra dini ayinlər oxundu və İslam dini və onun adət-ənənələrindən söhbət açıldı.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google