Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi avtomobil və motosikletlər üçün tranzit dövlət nömrə nişanlarının verilməsi qaydasında və dizaynında dəyişiklik edib
Bu gündən tranzit nömrələri yeni qaydaya əsasən veriləcək. Məlumatı Daxili İşlər Nazirliyinin xidmət orqanı yayıb.

Onların məlumatına görə, dəyişikliklər nəticəsində daxili tranzit və tranzit nömrə nümunələri eyni formada müəyyən edilib və nömrə şəxsən, konkret nəqliyyat vasitəsinə veriləcək və ondan başqa heç bir şəxs istifadə edə bilməyəcək.

“Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi nəqliyyat vasitələrinə və motosikletlərə tranzit dövlət nömrə nişanlarının verilməsi qaydasında və dizaynında dəyişiklik edib.
Aprelin 1-dən tranzit nömrələri yeni qaydaya əsasən veriləcək.

Dəyişikliklər nəticəsində daxili tranzit və tranzit nömrə nümunələri eyni formada müəyyən edilib və nömrə şəxsən, konkret nəqliyyat vasitəsinə veriləcək və ondan başqa heç bir şəxs istifadə edə bilməyəcək.

Qeyd olunan dəyişikliklər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimələrin tətbiqinə də kömək edəcək.

Aprelin 1-dək verilmiş daxili tranzit və tranzit nömrələri qanunvericiliklə müəyyən edilmiş etibarlılıq müddətində hüquqi qüvvəsini saxlayır”,
- məlumatda deyilir.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google